Gənc güləşçilərimiz DÇ-da daha iki medal qazanıblar, Olimpiyaçımız Turan Bayramovsa 3-cü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc güləşçilərimiz DÇ-da daha iki medal qazanıblar, Olimpiyaçımız Turan Bayramovsa 3-cü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Gənc güləşçilərimiz DÇ-da daha iki medal qazanıblar , Olimpiyaçımız Turan Bayramovsa 3-cü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Ufada (Rusiya) gənlər arasında güləş üzrə keçirilən dünya birinciliyində sərbəst güləşçilərin yarışına yekun vurulub. Birinciliyin 3-cü günü daha 5 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da 2-ci uğurla çıxış edərək öz çəkilərində dünyanın üçüncüsü olublar. Söhbət 74 kq-da çıxış edən və yaxın günləerdə Tokio-2020-də ölkəmizi təmsil edən Turan Bayramov və Saqadulla Ağayevdən (86 kq) gedir. Təəssüflər olsun ki, güləşçilərimiz - Əbülfəz Nəsirovla (61 kq) Aydın Əhmədov (125 kq) bürünc medal uğrunda mübarizədə büdrəyib. Yarışların birinci günü isə güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Əşrəfov (79 kq) finalda uduzaraq, gümüş medal qazanıb. Bununla da sərbəst güləş üzrə yığmamız dünya birinciliyini 3 güşü və 2 bürünc medalla başa vurub. Birinciliyin 3-cü günü zərif cinsdən olan idmançılar da mübarizəyə qatılıblar. Ölkəmizi bu yarışda Gültəkin Şirinovla (50 kq) Jalə Əliyeva (59 kq) təmsil edib ki, onlardan da yalnız ikincisi yarımfinada uduzmaqla bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.
İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]