Cüdoçularımız AÇ-nin 2-ci günü fiaskoya uğrayıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçularımız AÇ-nin 2-ci günü fiaskoya uğrayıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçularımız AÇ-nin 2-ci günü fiaskoya uğrayıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Latviyanın paytaxtı Riqada yeniyetmə (kadetlər) cüdoçuların Avropa çempionatı keçirilir. Start günü Azəbaycan komandası üçün uğurlu olan çempionatın ikinci günü heç nə ilə yadda qalmayıb. Belə ki, ilk gündə tatamiyə çıxan 9 cüdoçumuzdan 6-sı uğurla mübarizə apararaq, mükafatçılar sırasında yer almışdı. Amma ikinci gün mübarizəyə qatılan 3 cüdoçumuzdan heç biri fəxri kürsüyə qalxa bilməyib. Xatırladaq ki, ilk gündə Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) qızıl, Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyevlə (50 kq) Zair Ağazadə (60 kq) isə bürünc medal qazanıb. AÇ davam edir.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]