Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktiki tədbirlər keçirilib (+FOTO=7, +VİDEO)

Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktiki tədbirlər keçirilib (+FOTO=7, +VİDEO)

Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktiki tədbirlər keçirilib (+FOTO=7, +VİDEO)

 

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar Balakəndə də gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı karantin rejiminin tələblərinə bəzi vətəndaşlar tərəfindən etinasız yanaşıldığı aşkarlanıb. Xüsusilə də sakinlərin daha çox üz tutduqları böyük super marketlərin və paltar mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcıların və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub.Azərtac

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]