Ova cəhd edən şəxslər cəzalandırılıb

Ova cəhd edən şəxslər cəzalandırılıb

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu məlum olub.


“Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və  onlardan qanunsuz ov alətləri götürülüb”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]