Bakı şəhəri, Nizami rayonunda 7 küçə əsaslı şəkildə təmir olunub +FOTO=17

Bakı şəhəri, Nizami rayonunda 7 küçə əsaslı şəkildə təmir olunub +FOTO=17

Bakı şəhəri, Nizami rayonunda 7 küçə əsaslı şəkildə təmir olunub +FOTO=17

 

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonu üzrə nəzərdə tutulan təmir işləri tam şəkildə icra olunub.

 

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Bakı şəhəri, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan 7 küçə və yolda təmir işləri aparılıb.

 

Bu Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Cəmşid Naxçıvanski küçəsin 1000, Bəhruz Nuriyev küçəsinin 900, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin isə 600 metr uzunluğa malik hissələridir.

 

Aparılan təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.

 

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

 

Bununla yanaşı küçələr boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

 

Qeyd olunan küçələrdə təmir işləri tərtib olunmuş qrafikə uyğun agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunub. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verillib.

 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]