GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#intihar  32 yaşlı qadın özünü Kürə atdı

 

Mingəçevirdə 32 yaşlı qadın özünü Kür çayına atıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1989-cu il təvəllüdlü Rüstəmova Gülnar Nəzər qızı nəqliyyat körpüsünə çıxaraq özünü Kür çayına atıb.

O, xəsarət alsa da, qayıqçı tərəfindən xilas edilib və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

=======================================

 

#Azərbaycan 23 yaşlı müəllim koronavirusdan vəfat etdi

 

Azərbaycanda gənc müəllim koronavirusdan vəfat edib.

Bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

O, ingilis dili müəllimi kimi fəaliyyət göstərib.

23 yaşlı müəllim avqustun 17-də koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib:

“Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib”.

 

=========================================

 

#meyit Mənzildən yaşlı qadın meyiti tapıldı

 

Bakıda mənzildən 76 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

===================================================

 

#narkotik Yanacaq çənində qanunsuz “patı” keçirtmək istiyən şəxs SAXLANILDI

 

Ölkə ərazisinə külli miqdarda psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]