Gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olan şəxs saxlanılıb (+FOTO=2, +VİDEO)

Gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olan şəxs saxlanılıb (+FOTO=2, +VİDEO)

Gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olan şəxs saxlanılıb  (+FOTO=2, +VİDEO)

 

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

 

Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.

 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında onun narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]