Tokio-2020-də Azərbaycan yığmasının bayraqdarı dəyişib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tokio-2020-də Azərbaycan yığmasının bayraqdarı dəyişib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 PARALİMPİYA
-----------------------------------------------------
Tokio-2020-də Azərbaycan yığmasının bayraqdarı dəyişib

 


Paralimpiya Çempionu adını daşıyan və Azərbaycanın paralimpiya yığmasının heyətində Tokio-2020-də iştitar etmək üçün Yaponiyaya gedən paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülüb. Təəssüflər olsun ki, paracüdoçumuzdan götürülən testin nəticəsi pozitiv çıxmışdır. Bir neçə saat sonra təkrar götürülən test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilmiş və yarışlardan kənarlaşdırılmışdır. AMPK-dən verilən məlumata görə bu səbəbdən yarışlardan kənarda qalan Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin cüdoçularımızın açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. Qeyd edək ki, 11 cüdoçumuz arasında İki qat Paralimpiya Çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən də açılış mərasimində yığmamızın bayraqdarı Pekin Paralimpiya qalibi Oloxan Musayev olacaqdır.

İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır.

Xatırladaq ki, sayca 16-cı olan Yay Paralimpiya Oyunları (Tokio-2020

)-yə avqustun 24-də start veriləcək və sentyabrın 5-də yekunlaşacaq.

İNTİQAM Məmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]