Azərbaycan paralimpiyaçıları Tokio-2020-nin startını gözləyirlər - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan paralimpiyaçıları Tokio-2020-nin startını gözləyirlər - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan paralimpiyaçıları Tokio-2020-nin startını gözləyirlər  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Avqustun24-də Yaponiyanın paytaxtı Tokioda sayca XVI Yay Paralimpiya Oyunlarına start veriləcək. Sentyabrın 5-dək keçiriləcək bu oyunlarda Azərbaycan 36 deyil, 35 idmançı ilə iştirak edəcək. İdmançılarınız isə medal uğrunda 47 deyil, 46 kateqoriyada mübarizə aparacaqlar. Buna səbəb paracüdoçumuz Ramil Qasımovda COVİD-19-un aşkarlanması və onun qarantinə götürülməsi olub. Ramilə görə iki qat Paralimpiya çempionu İlham Zəkiyev də daxil olmaqla paracüdo üzrı komandamızın bütün üzvləri nəzarətdə saxlanılır. İlham Zəkiyevin nəzarətə götürülməsi üzündən oyunların açılış mərasiminda bayraqdarımız Oloxan Musayev olacaq. Paralimpiya yığmamız idmanın 6 növündə - atletika (12 idmançı), Paracüdo (10), parataekvondo (4), pauerliftinq (4), üzgüçülük (3) və güllə atıcılığı (2) üzrə keçirilən yarışlarda təmsil olunacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]