Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Tokio atletlər kəndində idmançılarla görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Tokio atletlər kəndində idmançılarla görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və komitənin baş katibi Kamal Məmmədov bu gün Tokioda yerləşən atletlər kəndinə gələrək idmançılarla görüşüblər. Görüş zamanı komitə prezidenti İlqar Rəhimov idmançılar üçün yaradılmış şərait ilə tanış olub, onların fiziki və psixoloji vəziyyətləri ilə maraqlanıb. Komitə rəhbərliyi idmançılarımıza qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.


Qeyd edək ki, Tokio 2020 XVI Yay Paralimpiya Oyunları 24 avqust-05 sentyabr tarixlərində baş tutacaq.


YENİLMƏZLƏR ZƏFƏRƏ DOĞRU!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]