Koronavirusun bütün ştamlarından qoruyan anticismlər aşkar olunub

Koronavirusun bütün ştamlarından qoruyan anticismlər aşkar olunub

Koronavirusun bütün ştamlarından qoruyan anticismlər aşkar olunub 

 

ABŞ-ın Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri koronavirusun bütün məlum növlərini neytrallaşdıra bilən anticism aşkar ediblər.

 

Sözügen araşdırma barədə təhsil müəssisəsinin portalı məlumat yayıb.

 

Məlumata görə, araşdırma müəllifləri 43 anticism üzərində tədqiqatlar aparıb, onların COVID-ə qarşı təsir mexanizmlərini öyrəniblər.

 

Tətqiqat obyektlərindən biri koronavirusun ilkin formasıyla yanaşı, onun “alfa”, “beta”, “qamma”, “delta”, “kappa”, “yota”, eləcə də nadir rast gəlinən mutasiyalarına qarşı da effektivliyini nümayiş etdirib.

 

Alimlərin sözlərinə görə, qeyd olunan anticism virusun gələcəkdə yaranması mümkün olan variantlarının da öhdəsindən gələ biləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]