Maşın bazarında qiymətlər bahalaşdı

Maşın bazarında qiymətlər bahalaşdı

Maşın bazarında qiymətlər bahalaşdı 

 

Bu ilin iyulunda Azərbaycanda minik avtomobilləri illik müqayisədə 2,4 faiz bahalaşıb. Ötən ilin iyulunda minik avtomobillərinin qiyməti 0,6 faiz azalmışdı.

 

2021-ci ilin iyulunda satışa çıxarılan avtomobillərin orta qiyməti 35 681 manat olub. Ötən ilin iyulunda orta qiymət 34 861 manat idi. Bir il ərzində minik avtomobilləri 820 manat bahalaşıb.

 

Avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb. Bu ilin iyulunda ehtiyat hissələrinin orta qiyməti 2,9 faiz yüksəlib. Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]