Azərbaycan şahmatçıları Avropa çempionatında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan şahmatçıları Avropa çempionatında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan şahmatçıları Avropa çempionatında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Dünya Kubikuna seçmə xarakterli fərdi Avropa çempionatına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda 6-sı Azərbaycandan olmaqla 181 zəka sahibi mübarizyə qatılıb.Ölkəmizi təmsil edən altılıqda Nicat Abbasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Aydın Süleymanlı və Riad Səmədov yer alıb. Təmsilçilərimizdən ikisi - Abbasovla Məmmədov çempionatın reytinq favoritləri sırasında yer alıb. Yeri gəlmişkən, mükafat fondu 100 min avro təşkil edən çempionatda ilk üç yeri tutan şahmatçı müvafiq olaraq, 20, 15 və 10 min avro mükafat qazanacaq. Reqlamentə görə isə AÇ-də ilk 23 yeri tutan şahmatçı Dünya Kubokuna vəsiqə qazanmış olacaq. Çempionat sentyabrın 5-də başa çatacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]