Məmmədov Tokio-2020-də Azərbaycanın medal hesabını açıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədov Tokio-2020-də Azərbaycanın medal hesabını açıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədov Tokio-2020-də Azərbaycanın medal hesabını açıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yaponiyanın paytaxtı Tokioda sayca 16-cı Yay Paralimpiya Oyunları (Tokio-2020) keçirilir. Azərbaycan idmançılarının da qatıldığı oyunların 3-cü günü yığmamızın üzvü Pərvin Məmmədov (49 kq) uğurla çıxış edərək. mükafatçılar arasında yer alıb. Pauerliftinq üzrə yarışlara qatılan və ilk yanaşmada 148 kq ağırlığı ram edən atletimiz ikinci cəhddə 156 kq ağırlığın öhdəsindən gələ bilib. Təəssüflər olsun ki, o, üçüncü cəhddə sifaris verdiyi 162 kq-nın öhdəsindən gələ bilməyib. Nəticədə Azərbaycan idmançısı üçüncü yeri tutmaqla bürünc medala layiq görülüçb. Yeri gəlmişkən, bu yarışda ilk iki yeri tutan idmançılar 173 kq nəticə göstərib. Bu gün daha 9 idmançımız mübarizəyə qatılıb. Xatırladaq ki, 36 idmançımız Oyunlara lisenziya qazanmışdı və onlar 47 kateqoriyada mübarizə aparmalı idi. Lakin cüdoçumuz Ramil Qasımovun koronavirusa yoluxması iştirakçıların sayını 35-ə salıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]