Şervin Nəcəfpurun Antalyada dijital moda nümayişi həyata keçirilib (VİDEO-FOTO)

Şervin Nəcəfpurun Antalyada dijital moda nümayişi həyata keçirilib (VİDEO-FOTO)

Norveçdə doğulan həmvətənimiz Şervin Nəcəfpurun Türkiyənin turizm paytaxtı sayılan Antalya şəhərində 25 avqust 2021-ci il tarixdə dijital moda nümayişi həyata keçirilib.

 

 


 “Antalya Fashion Week Digital 2021”də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.


Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.


Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş aksesuarlar isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.


Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyəsinin dəstəyi ilə 13-cü yüzzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır.  Videoçarxda nümayiş olunan pankartlarda  "Azərbaycan, Türkiyə, İki Dövlət Tək Millət.", "Mən Qarabag Ulduzuyam", "Böyük Qayıdış", "Sevgilim, səni Cıdır Düzündə, Şuşada Gözləyirəm.", "Sevginin gücü bizi Xudafərin köprüsündə birləşdirəcək." kimi mesajlar verilib.


Kolleksiya Azərbaycan Diasporuna Dəstək Fondu və Türkiyənin Döşəməaltı Bələdiyyəsinin maliyyə dəstəyi ilə Antalya Dijital Moda Həftəsi çərçəvəsində nümayiş olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]