Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında daha 4 qızıl medal qazanıblar - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında daha 4 qızıl medal qazanıblar - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının idmançıları bu gün (28 avqust) mübarizəyə qoşulan 4 idmançımız daha 4 qızıl medal qazanıblar.


Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının idmançıları daha 4 qızıl medal qazanıblar.


Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva finaldakı rəqibi Parvina Samandarovanı məğlub edərək qızıl medal qazanıb.


Qadınlar arasında -63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova finaldakı rəqibi Irina Husievanı məğlub edərək qızıl medalı qazanıb.


Kişilər arasında -81 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli finaldakı rəqibi Davurxom Karomatovu məğlub edərək qızıl medal qazanıb.


Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb və qızıl medal qazanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]