Daha 3 idmançımız Tokio-2020-də çempion olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daha 3 idmançımız Tokio-2020-də çempion olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daha 3 idmançımız Tokio-2020-də çempion olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Avqustun 24-də Tokioda (Yaponiya) startı verilən 16-cı Yay Paralimpiya Oyunları (Tokio-2020) davam edir. Oyunların 5-ci günü 3 cüdoçumuz - Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhumli (81 kq) mübarizəyə qatılıb. Hər 3 cüdoçumuz tatamidə uğurla çıxış edərək, çempion adını qazanıb. Vəliyeva çempionluq zirvəsinə gedən yolda Qazaxıstan, Türkiyə, və Özbəkistan təmsilçisini məğlub edib. Əldə etdiyi uğura görə çempionumuz göz yaşlarına hakim ola bilməyib. Startda yaponiyalı rəqini udan Xanım Hüseynova isə ardcıl olaraq, Çin və Ukrayna təmsiçisini də məğlub edərək çempion adını qazanıb. Digər komanda yoldaşları kimi mübarizəyə 1\4 finaldan qatılan Hüseyn Rəhimliyə gəlincə, o, çempion adını Böyükbritaniya, Koreya və Özbəkistan idmançısını üstələyərək qazanım. Beləliklə də. Azərbaycan yığması Tokio-2020-də 6-sı qızıl, 2-si bürünc əyarlı olmaqla medalların sayını 8-ə çatdırıb.
Bu gün qazanılan medallarla birlikdə Azərbaycan qatıldığı 6 Paralimpiya oyunlarında aktivinə ümumilikdə 46 (15 - 18 - 13) medal yazdırıb.

 

Onu da qeyd edək ki, Azərbaycan hazırda medal qazanan 58 ölkə arasında 9-cudur. Sıralanmanın İlk beşliyində müvafiq ardığıllıqla Çin (20-12-19), Böyükbritaniya (12-11-14), Rusiya (10-7-14), ABŞ (9-6-3) və Avstraliya (7-5-8) yer alıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]