Günün 4-cü qızılı Həmid Heydərlidən gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Günün 4-cü qızılı Həmid Heydərlidən gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Günün 4-cü qızılı Həmid Heydərlidən gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Tokio-2020-nin 5-ci günü yığmamızın aktivinə daha bir qızıl medal yazılıb. Qızıl medal qazanan üç cüdoçumuzun ardından dəmir lövhə atan Həmid Heydərli eyni əyarlı medala sahib çıxıb. Paralimpiadada debüt edən Heydərli finalda mübarizə aparan atletlər arasında birinci yeri tutub. İdmançılara 6 cəhd etmə imkanı verilən bu yarışda o, 2-ci cəhddə lövhəni 47,78 metr məsafəyə tullamaqla 12 iştirakçı arasında 3-cü olub. 4-cü cəhddə 49,04 metr nəticə ilə 2-ci yerə çıxan Heydərli 5-ci cəhddə isə 51,42 metr göstərici ilə 1-ci olmaqla yanaşı, həm də yeni dünya rekordu vurub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]