Molla pənah vaqifin əziz xatirəsinə həsr olunmuş "VAQİF" operası işiq üzü gördü - VİDEO

Molla pənah vaqifin əziz xatirəsinə həsr olunmuş "VAQİF" operası işiq üzü gördü - VİDEO

Molla pənah vaqifin əziz xatirəsinə həsr olunmuş "VAQİF" operası ilk dəfə flash kard şəklində və bütün musiqi platformalarında işiq üzü gördü


Molla Pənah Vaqifin əziz xatirəsinə həsr olunmuş bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası flash kard şəklində və bütün musiqi platformalarında artıq işiq üzü gördü. Baş rolda Vaqif obrazını ifa edən Əməkdar artist Ramil Qasımovun sözlərinə görə bu il Şuşanın mədəniyyət paytaxtı  elan edilməsi hər bir mədəniyyət xadiminə böyük ruh yüksəliyi verdi. Eyni zamanda avqustun 29-da Ölkə rəhbərliyinin Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı bütövlükdə Azərbaycan ədəbiyyatına, musiqisinə və elminə göstərilən dəyərdir.


Pandemiya şəraitini nəzərə alaraq yaradıcı heyyətlə birgə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı ilə dirijor Əyyub Quliyevin rəhbərliyi  altında ərsəyə gəlmiş “Vaqif” operasının müasir texniki avadanlıqla dinləyicilərə təqdim edilir. Ramil Qasımov həmçinin qeyd etdi ki, Vaqif operasının bütün musiqi platformalarında təbliğ etməkdə məqsəd, müxtəlif ölkələrdə klassik musiqimizin təbliği üçün nəzərdə tutulur. Flash kart şəklində çap olunmuş opera pandemiyadan sonraki dönəmdə təqdimat mərasiminin keçirliməsi nəzərdə tutulur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]