Kosmetik vasitələr və spirtli içkilər aşkar edilib - FOTO

Kosmetik vasitələr və spirtli içkilər aşkar edilib - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı avtomobil saxlanılıb.
 

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən müxtəlif adlarda olan 27 ədəd implant gel, 15 ədəd dəriyə qulluq vasitəsi və 33 ədəd 0,7 litrlik müxtəlif markalı spirtli içkilər aşkar edilib.
 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]