Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında 30 avqust 1 bürünc olmaqla daha 1 medal qazanıblar - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında 30 avqust 1 bürünc olmaqla daha 1 medal qazanıblar - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının İdmançıları bu gün (30 avqust)  1 bürünc olmaqla daha 1 medal qazanıblar


Atletika idman növü üzrə idmançımız Səid Nəcəfzadə (T12 - uzunluğa tullanma) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.


Atletika idman növü üzrə idmançımız Kamil Əliyev (T12 - uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək yarışı 5 ci yerdə tamamlayıb.


Atletika idman növü üzrə idmançımız Oloxan Musayev (F55 - disk atma) növü üzrə 37.92 metr nəticə göstərərək yarışı 7-ci yerdə tamamlayıb.


Azərbaycan Milli Paralimpiya Komandasının Pauerliftinq idman növü üzrə təmsilçisi Elşən Hüseynov (-107 kq) mübarizəni 8-ci yerdə tamamlayıb.


Azərbaycan Milli Paralimpiya Komandasının Pauerliftinq idman növü üzrə təmsilçisi Aslanov Şamo (+107 kq) yarışı 8-ci yerdə tamamlayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]