GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#narkotik “Patı” satan şəxs polis tərəfindən saxlanıldı

 

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiklər əməliyyat-axtarış tədbirləri nətcəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elmar Kərimov saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Polis Şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman onun üzərindən sellofan torpadan, 2 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” və 2 ədəd sellofan bükümdə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürlüb.

 

Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini bir qisminin isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Polis əməkdaşları sözü gedən avtomobilə baxış keçirib və oradakı əl çantasından 1 ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” 3 sellofan bükümdə narkotik maddə olan “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürlüb. E. Kərimovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində o, əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini, Sərxan Əfəndiyevə verdiyini bildirib. Sözügedən avtomobilə baxış keçirilən zaman, yük yerindən S. Əfəndiyevə məxsus çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürlüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ümumilikdə 60.681 qram “metamfetamin”, 95.115 qram “heroin”, 2.517 qram “tiryək” və 0.340 qram qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktlarla bağlı Ağstafa RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

=========================================


#cinayət  Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi

 

Şirkət direktorunun məhkəməsi başlayır.

 

Quba Rayon Prokurorluğundan  verilən məlumata görə, bu il mayın 23-də Quba şəhərində tikilən “xeyir-şər” evinin tikintisi zamanı bir nəfər şəxsin elektrik cərayanı vuraraq ölməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.

 

Aparılıb istintaqla müəyyən edilib ki, Ərzuman Bayramovun əmək müqaviləsi bildirişinə əsasən "Şaving İnşaat" MMC-nin direktoru vəzifəsində işləyərkən Quba şəhərində “xeyir-şər” evində yəni tikinti-quraşdırma işlərinin təhlükəsiz görülməsi üçün müvafiq təşkilati və texniki tədbirlər görmədən, Vasif Sadıqovu müvafiq qaydada işə qəbul etməklə onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar və bilik səviyyəsinin yoxlanılması işlərini aparmadan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozması səbəbindən tikinti işlərinə cəlb edilən Vasif Sadıqov elektrik cərayanı vurması nəticəsində aldığı xəsarətlərdən ölüb.

 

Ərzuman Bayramov Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.

 

=========================================


#bıçaqlanma 30 yaşlı həmkəndlisini sinəsindən bıçaqladı

 

Samuxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də rayonun Ziyadlı kənd sakini 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov sinəsindən bıçaqlanıb.


Ona bıçaqla xəsarət yetirən, rayon sakini 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

=======================================


#itkin İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

 

Şirvan şəhər sakini itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, 53 yaşlı İslam Zeynalov iyun ayının 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

 

İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarını rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.

 

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

========================================

 

#korona  Daha 4 koronavirus xəstəsi ictimai yerdə saxlanıldı

 

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

 

İstintaq araşdırmaları davam etdirilir.

 

============================================


#bazar Şəmkirdə bazarda yanğın baş verib

 

Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.

 

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib.

 

Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

===========================================


#mənzil Suraxanıda evdə yanğın baş verib

 

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 35 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

===========================================

 

#ilan Yaşlı qadını ilan sancdı

 

Ağstafa sakinini ilan sancıb.
Hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Şahsənəm Əhmədova ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

 

İlkin məlumata görə, qadın öz təsərrüfatında işləyən zaman ilan onu sancıb.(APA)

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]