Tanınmış xeyriyyəçı iş adamı, publisist - şair Gülağa Tənha Qənbərovun ölkənin media qurumlarına müraciəti

Tanınmış xeyriyyəçı iş adamı, publisist - şair Gülağa Tənha Qənbərovun ölkənin media qurumlarına müraciəti

Tanınmış xeyriyyəçı iş adamı, publisist - şair Gülağa Tənha Qənbərovun ölkənin media qurumlarına müraciəti

 

Hörmətli həmkarlarım, mən , Gülağa “Tənha” imzası ilə 1990 -cı ildən yazıçı- jurnalist kimi məqalələrimi , şeirlərimi Azərbaycanda və xarici mətbuatda nəşr edirəm. Azərbaycan mətbuatında bir neçə saytın təsisçisiyəm.Son 30 il ərzindəmedianın cəmiyyət üçün yabanılaşdığı hamıya bəllidir . Bəzi jurnalistlər reytinq və ya pul xətrinə hər cür haqsızlığa, allahsızlığa əl atırlar. Mən onları qınamıram.Erazim Darvinin nəzəriyyəsinə görə “Həyat mübarizədir.Bu mübarizədə güclülər , ağıllılar qalib gəlirlər , zəiflər isə məğlub olurlar” . Əfsuslar olsun ki , bu gün Azərbaycan reallığında allahsızlar,hamıya şər-böhtan atan yabanı ünsürlər qalib gəlməyə çalışırlar. Amma zaman çox gözəl hakimdir ! Gec-tez haqq-ədalət bərqərar olacaq.

 

Köməkçim mənə məruzə etdi ki , 8 illik həbs cəzası alan cinayətkar jurnalistlə bağlı güc strukturlarında kifayət qədər materiallar var . Onu yenidən 8-10 il həbsə atmaq olar. Amma mən Allah adamıyam ! Hansısa bir nadanın səhvi ucbatından onun ailəsini atasız qoymaq istəmirəm . Ömrüm boyu heç kimə şər-böhtan atmamışam. Kədərlənirəm ki , mənim doğma ərkivanımdabelə nadanlar var . Atalar yaxşı deyib “ Meşə çaqqalsız olmaz “ Əfsuslar olsun ki , təkcəərkivanlılar üçün deyil, Azərbaycan mediası üçün də belə jurnalistlər qara ləkədir !

 

Bu gün belə reket , daxili aləmi üfunətli olan , hətta məhkəmənin qərarı ilə məhkumluq həyatı yaşamış cinayətkarməni şantaj etməyə çalışır . Dəyərli xalqım , siz gözəl bilirsiniz ki , “yalan ayaq tutar , amma yeriməz !“

 

Xaricdə yaşayıb , işləməyimə baxmayaraq həmişə vətənimiz Azərbaycanın dar günündə doğma elimə,obamadəstək olmuşam . Bacardığım qədər millətimin , dövlətimin qayğısına qalmışam . Bu barədə saatlarla yazmaq olar, amma mən təvazökar insanam.Allahın buyurduğu , Məhəmməd Peyğəmbərin dediyi kimi davranmağa çalışıram .“Sol əlin verdiyini sağ əl bilməməlidir!“Allah yolunda etdiklərimin savabını kimsədən gözləmirəm . Millətimdən , dövlətimdən çox razıyam . Həmişə mənə məsləhət verib , xeyirxah əməllərimi dəstəkləyiblər .

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]