Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında İdmançıları Azərbaycan 03 sentyabr 1 qızıl olmaqla daha 1 medal qazanıblar - FOTO
Bu xəbəri paylaş
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandasının İdmançıları bu gün (03 sentyabr) 1 qızıl olmaqla daha 1 medal qazanıblar
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Raman Saleh (S12) 100 metr butterfly kateqoriyasında 57.81 saniyəlik nəticə göstərərək qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 1:10.59 nəticə göstərərək mübarizəni dayandırıb.
Azərbaycan Milli Paralimpiya Komandasının taekvondo idman növü üzrə idmançısı
Əbülfəz Abuzərli (K44) -75 kq çəki dərəcəsi təsəlliverici görüşdə rəqibinə məğlub olub, mübarizəni dayandırıb.
Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə idmançısı Samir Nəbiyev (F57) nüvə itələmə kateqoriyasında 13.12 metr nəticə göstərərək yarışı 7-ci pillədə tamamlayıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


