Asəf Quliyev: AZƏRBAYCAN SÜLHMƏRAMLILARA NİYƏ DÖZÜR?

Asəf Quliyev: AZƏRBAYCAN “SÜLHMƏRAMLILARA” NİYƏ DÖZÜR?

 AZƏRBAYCAN “SÜLHMƏRAMLILARA” NİYƏ DÖZÜR?


44 günlük müharibənin Azərbaycanın mənafelərinə cavab verməyən yeganə nəticəsi Qarabağa Rusiya Silahlı Qüvvələrinin “sülhməramlı” adı ilə yerləşdirilməsi oldu. Bu birmənalıdır. Sözsüz ki, Rusiya “sülhməramlılarının” neqativ təsirlərini müəyyən zaman kəsiyindən sonra daha çox hiss edəcəyik. Və həm də hər iki xalqa vurduğu ziyanı. İndi isə mövzumuz başqadır.
Çox maraqlıdır ki, Azərbaycan niyə bu gün Rusiya “sülhməramlılarının” “şıltaqlıqlarına” dözməkdə davam edir?
Sözsüz ki, bu suala ilk cavab ritorik bir sualı yada salır: “Azərbaycan dözməyib nə edəcək ki?”
Bu ritorik sualda müəyyən cavab elementləri var, amma məsələnin ən ciddi nöqtəsi bu gün Qarabağda baş verənlərin və hətta Azərbaycanı qıcıqlandıran bəzi olayların Azərbaycanın maraqlarına cavab verməsidir. İlk baxışda paradoksaldır, amma belədir...
Bu gün Rusiya Qarabağda yaşamaqda davam edən azsaylı ermənilərə müəyyən həm maddi, həm də mənəvi jestlər edir. Bu jestlər Qarabağdakı erməniləri Azərbaycanda uzaqlaşdırmış olur, amma həm də bu jestlər Qarabağdakı erməniləri Ermənistandan uzaqlaşdırmış olur. Qəribə səslənsə də bu məsələdə maraqlı tərəflər həm Rusiyada, həm Ermənistanda, həm də təbii ki, Azərbaycanda var. Kremlin Qarabağda Rusiyaya meylli, Ermənistanın hazırkı rəhbərliyini qəbul etməyən isteblişmentə ilıq jestlərinin arxasınnda da məhz bu amil dayanır.
Kəsəsi Rusiya Qarabağ ermənilərini Paşinyandan narazı salmaqda maraqlıdr. Bu isə Azərbaycanın maraqlarına uyğundur. Məhz buan görə, rəsmi Bakı Rusiya “sülhməramlıları”nın Azərbaycanın maraqların toxunan addımlarına bir o qədər də ciddi reaksiya vermir. Çünki Azərbaycan Ermənistanın Qarabağa təsir imkanlarını minimuma endirmək istəyir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]