Dəmir yolundan oğurluq edən şəxslər tutulub (+FOTO=4, +VİDEO)

Dəmir yolundan oğurluq edən şəxslər tutulub (+FOTO=4, +VİDEO)

Dəmir yolundan oğurluq edən şəxslər tutulub (+FOTO=4, +VİDEO)

 

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edilib. Naməlun şəxslər vaqonların alt hissəsində quraşdırılan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ələt qəsəbəsi sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]