Tanınmış jurnalist Vüqar Vüqarlı İdman TV-də işə başlayıb +VİDEO

Tanınmış jurnalist Vüqar Vüqarlı İdman TV-də işə başlayıb +VİDEO

Tanınmış jurnalist Vüqar Vüqarlı İdman TV-də işə başlayıb +VİDEO

 

O, TV-də yeni layihə olan “İdman səhər” verilişinin baş redaktoru vəzifəsinə təyin olunub.
Sentyabrın 1-dən yayımlanan verilişin aparıcıları Fərid Ramazanov, Günay Novruzqızı və İqbal Aslanov, Könül Mahmudovadır.

 

“İdman səhər” üçün yeni studiya hazırlanıb.

 

Verilişdə idman sahəsindəki ən son nailiyyətlər, idmançıların həyat və qidalanma tərzi, əldə etdikləri uğurlar barədə danışılır, gündəmə uyğun olaraq qonaqlar dəvət olunur, idmançıların yarışı keçirilir.
Vüqar Vüqarlı baş redaktoru olduğu verilişlə bağlı bildirib ki, bu, İdman TV tarixində bir ilkdir: “Buna kimi “İdman Azərbaycan” kanalında səhər verilişi olmayıb. Biz çox maraqlı və fərqli layihə elədik. Lakin yeniliklərimiz bununla bitmir. Veriliş hazırda bir saatdır, lakin vaxtını bir qədər uzatmaq istəyirik. Çünki düşündüyümüz, həyata keçirmək istədiyimiz rubrikaları bir saatlıq müddətə sığışdıra bilmirik”.
İdmanla bağlı əyləncəli informasiya verilişi həftəiçi hər gün saat 9:00-dan 10:00-a kimi efirdə olur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]