"O kişi xəyanət edir ki, qadın ona izn verir" Roza Zərgərli "Üzə-düz" - VİDEO

"O kişi xəyanət edir ki, qadın ona izn verir" Roza Zərgərli "Üzə-düz" - VİDEO

“Üzə-düz” - Qonaq: Roza Zərgərli, MTV Azərbaycan

 

 


“Ən çox qızıma güvənirəm. Bəzi şeylər var ki, o mənim bacım deyil, övladımdır. Amma yaşa dolandan sonra fikirləşirəm ki, Bənövşə ailə qurandan sonra hə onda onunla bacı kimi danışa bilərəm. Indi mən onun valideyniyəm. Dostuyam. Hər bir şeyi onlarla danışıram amma qədərində. Mən onunla rəfiqə olsam, o sabah mənim yanımda ağlına gələni danışa bilər. Bax onda arada olan pərdə götürüləcək! Qızım şəxsi həyatda kimi seçsə, mən onu dəqiq araşdıracam. Çünki vaxtında bunu mənim valideynlərim etməyib. Nəticədə noldu? 5 il sonra boşandım. Ailə, irs, gen mənimçün önəmlidir. Corcla üstüörtülü danışığımız olub, hər şeyin həddi-hüdudu var. Corca dedim ki, bizim evimizə gələn qız təmiz olmalıdır. Sabah ailəsi baş tutmaz, boşanar o başqa məsələ. Amma sağlam ailə üçün mental dəyərlər önəmlidir”.
 


“Mənə görə qadın heç vaxt məğlub olmur. Qadın pişik kimidir. 12-ci mərtəbədən də yerə düşsə, yenə ayaqları üstə qalxa biləcək. Yoldaşımdan boşananda mənə deyirdilər ki, məğlub oldun. Dedim yox, əslində mən onu boş buraxmışdım deyə, o mənə xəyanət etdi. Bir şey mənimdirsə, mənimdir. Əgər o nəsə axtardısa, məni itirdi. Dostlar deyirdi ki, bəlkə mən özümü güclü göstərirəm. Mən həyata bir dəfə gəlirəm. Heç bir pis hərəkət etmədən ömrümü, günümü, həyatımı sənə vermişəm. Həmişə Allaha demişəm ki, mənim ömrümdən kəs ona cala. Əgər sən bunu itirdinsə, sən itirdin! Qısqanc deyiləm. Xəyanət edən şəxs özünü və sevdiyi şəxsi itirir. O kişi xəyanət edir ki, qadın ona izin verir. Çox sevsə idim, xəyanəti bağışlayardım. Vaxtında da bağışladım amma bu dəfə fərqli idi. Ortada uşaq var idi!”
 


“Qızım Bənövşə haqqında o söz-söhbətlər gəzəndə heç bir sual da vermədim. Çünki o məsələ gündəmə qalxmamışdan öncə o məsələni 4-5 tanınmışın övladı haqqında dedilər. Dedim axı gülməlidir, bu evlidir. Sonradan mənim adım hallananda mənim övladım gülürdü. Mən stress yaşayırdım. Lazımı olan orqanlara müraciət elədik, onun dərinliyinə kimi vardıq. Dedim mən idarəyə gəlmək istəyirəm, aydınlaşdıraq. Dedilər Roza xanım sizlik burda bir şey yoxdur, sizi niyə dəvət edək? Məsləhət gördülər ki, öz camiyənizdən axtarın ki, kimlər onlarla bir arada olub. Məsələnin nəticəsi tezliklə aydın olacaq. O işin arxasında dayanan şou-biznes nümayəndələri hər biri peşman olacaq. Çünki mən bunu belə qoymayacağam!”
 


“Mənimlə çalışan insanlar bilir ki, qəlbim qırıldısa, çətin düzəlir. Yad insanlar qəlbimi qıra bilməz, önəmli deyil. Mənim qəlbimi qıra bilər o insan ki, mən onu qəlbini buraxmışam. O qəlbdə böyük bir evin mənzilində o insan yaşayır. Incidimsə, silirəm və uzaqlaşıram. Üzr istəməyi, xahiş etməyi bacarıram amma düz oldumsa, əyə bilmərsən! Mən heç bir bəndəyə yerimdə olmağı arzulamıram. Kimsə mənim kimi onların hamısına sipər gələ biləcək. Güclü olmaq da, hər şeyə sinə gərmək də yaxşı həyat deyil. Insan nə qədər yad insanlarla, doğmalarla mübarizə aparar, haqlı olduğunu isbat etməyə çalışar?! 20 yaşıma dönsəydim ifaçı olmazdım, rejissor peşəmi davam etdirərdim!”
 


“Kim nə ilə maraqlanırsa, o adam da o səviyyənin insanıdır. 6-7 ildir ki, Roza Zərgərlinin vücudu müzakirə olunur. Sanki kordurlar! Mən 10 il bundan əvvəl də belə idim. O zamanlar Fuad Əlişov klip çəkəndə kadrı dartırdı ki, arıq görünüm. Öz vücudumdan problemim var. Hamısı gedib piy doldurur, sonra o piy dolduranlar mənə lağ edirlər? Çoxu dostlarım həm də. Bu yaxınlarda Səidə Sultan armudu stəkan qoyub yazıb ki, bu kimə bənzəyir? Səidə ilə sənətə gələndən tanışıq, məni ki tanıyır. Bilir ki, təbiiyəm”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]