Mediatorlara olan müraciətlərin yarısı barışıqla nəticələnib - Nadir Adilov
Bu xəbəri paylaş
Nadir müəllim bildiyimiz kimi "Mediasiya haqqında Qanun" 29.03.2019-cu il tarixdə qəbul edilmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə, əmək və kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyalarında məcburi iştirak nəzərdə tutulmuşdur. Qeyd olunan müddəa 2021-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş və tətbiqinə başlanılmışdır. İyul ayından bu günə dək olan vəziyyəti necə şərh edə bilərsiniz ?
Öncə qeyd edim ki, Mediasiya sahəsində aparılan işlər uğurlu Məhkəmə - hüquq islahatlarının məntiqli davamı və bir parçasıdır. Hazırda Bakı şəhərində 142, respublikanın digər şəhər (rayonlarında) isə 69 mediator fəaliyyət göstərir (onlardan 52-i qadın, 157-i kişidir).
Vətəndaşlar tərəfindən iyul-avqust aylarında Mediasiya Şurasına 1.672 müraciət daxil olmuşdur (onlardan 805-i Bakı şəhərinə, 867-i isə respublikanın digər rayonlarına (şəhərlərinə) aiddir).
İlkin statistik təhlil göstərir ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etdikdə, işlərin təxminən yarısında barışıq əldə edilib. Belə ki, Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən və əhaliyə ödənişsiz mediasiya xidməti göstərən pilot mediasiya mərkəzində hər iki tərəfin iştirak etdikləri ilkin mediasiya sessiyalarının 51%-i mediasiya sessiyasında barışıqla nəticələnib. Bundan əlavə 102 aktiv mediator arasında keçirilmiş sorğu nəticəsində müəyyən edilib ki, hər iki tərəfin ilkin mediasiya sessiyasında iştirak etdikləri işlərin 44%-də mübahisə mediasiya sessiyasında barışıqla nəticələnmişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)