"Best Model Of The World 2019" yarışmasının birincisi Nuru Əhmədzadə Kıvanç Tatlıtuğla eyni layihədə

"Best Model Of The World 2019" yarışmasının birincisi Nuru Əhmədzadə Kıvanç Tatlıtuğla eyni layihədə

“Best Model Of The World 2019” yarışmasının birincisi Nuru Əhmədzadə Türkiyədə böyük layihədə iştirak etməyə hazırlaşır. Altı aydır İstanbulda yaşayan və aktyorluq dərsləri alan yaraşıqlı həmyerlimiz Azərbaycanda olduğu kimi Türkiyədə də bir sıra brendlərin reklam siması olmağa başlayıb.
 

“Best Model of the World”un çempionu məşhur bir brendin layihəsinə dəvət alıb.  Nuru Əhmədzadə həmin layihədə məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğla birgə kamera qarşısına keçib. O, reklam çəkilişləri zamanı məşhur türkiyəli menecer Gaye Sökmenin diqqətini çəkib. Gaye Sökmen, “Best Model”in dünya çempionunu birlikdə çalışmaq üçün yaradıcısı və rəhbəri olduğu Agentliyə dəvət edib. N.Əhmədzadə təklifi qəbul edib.
 

Qeyd edək ki, Gaye Sökmen 2001-ci ilə kimi moda aləminə çoxsaylı model, 2004-cü ildən etibarən aktyorluq sənətində bir çox yeni simanı kəşf edərək Türkiyə kino və serial sektoruna gətirib. Nuru Əhmədzadə, Kıvanç Tatlıtuğ, Kerem Bursin kimi aktyorların meneceri olan Gaye Sökmənin komandası ilə çalışacaq.
 

Həmyerlimizə fəaliyyətində uğurlar arzulayırıq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]