MQF-nin X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasının müddəti uzadıldı

MQF-nin X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasının müddəti uzadıldı

MQF-nin X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasının müddəti uzadıldı

 

MQF-nin X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinin müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadıldı.

 

MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.

 

MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər. MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.

 

Namizədliyi irəli sürmək üçün tələblər:

 

· MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;

· Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı.

 

Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix 30 sentyabr 2021-ci ildir. Müraciət üçün sənədlər [email protected] e-poçt ünvanına göndərilməlidir.

 

Qeyd: MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.

 

Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq)

 

Əlaqə:

012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15

e-mail: [email protected]

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]