İcra başçısının kapitan oğlu polis sistemindən uzaqlaşdırıldı

İcra başçısının kapitan oğlu polis sistemindən uzaqlaşdırıldı

İcra başçısının kapitan oğlu polis sistemindən uzaqlaşdırıldı

 

Polis kapitanı daxili işlər orqanlarından xaric edilib.

Polis kapitanı Şəhriyar Hüseynov ötən il Yasamal rayonunda xüsusi karantin rejiminin pozulması ilə bağlı keçirilən əməliyyatlar zamanı vətəndaşlarla kobud rəftarı ilə gündəmə gəlmişdi. O, bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı redaksiyamıza təsdiq edib.

Xatırladaq ki, Şəhriyar Hüseynov Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun oğludur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]