Gülağa Tənha: Mənim hesablama palatam - ALLAHIMDIR!!!

Gülağa Tənha: Mənim hesablama palatam - ALLAHIMDIR!!!

Gülağa Tənha: Mənim hesablama palatam - ALLAHIMDIR!!! 

 

Azərbaycan dövləti qədim adət-ənənələri, mənəvi dəyərləri ilə dünyanın sayılıb seçilən, xeyirxah əməlləri ilə şöhrət qazanan bir guşəsidir ! Azərbaycan dövlətinin əfsanəvi xeyriyyəçiləri öz millətinə qayğı göstərməyi – kasiba , imkansıza , xəstəyə əl tutmağı Allah qarşısında öz borcları hesab ediblər ! Əlbəttə belə dahi şəxsiyyətlərin maddi dəstəyi hesabına tikilmiş tarixi abidələri və xeyriyyəçilik əməlləri çoxlarına məlumdur . Lakin , minlərlə fərdi qaydada imkansızlara , xəstələrə edilən yardımlar barədə çox azməlumatlar var ...

 

 

Bu gün bu xeyirxah missiyanı, Azərbaycan xalqının ümid yeri olan Heydər Əliyev fondu,ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi sayəsində uğurla davam etdirir . Fondun köməyi ilə minlərlə insan problemlərini həll edir. Yardıma ehtiyacı olan belə insanların qüruruna hörmət əlaməti olaraq,adları fərdi qaydada içtimailəşdirilmir, foto – video çəkilişlər edilmir. Belə insanların siyahısını fondun əməkdaşlarından savayı heç kim bilmlr ...

 

 

Mən də son illər ərzində bu prinsiplər əsasında xeyriyyəçilik fəaliyyətimi davam etdiriəm.Öz şəxsi təşəbbüsümlə payladığım yardımları , xəstələrə , imkansızlara etdiyim köməyi bəzi şənbazlar kimi reklam etdirməyi xoşlamıram .Bu ilk növbədə yardıma ehtiyacı olan şəxslərin mənliyinə - qüruruna dərin hörmət rəmzidir ! Allahımdan , rəsmi dövlət qurumlarından və köməkçilərimdən savayı belə xeyirxah əməlləri heç kim bilmir .

 

 

Ürək süfrə deyil ! Onu hər nadanın və nankorun qarşısında açmaq olmaz ! Müdrik və dahi insanlar isə heç vaxt cılız sualların sahibi olmurlar ! Cılız suallar yalnız cılız “canlılara” xas olan haldır !

 

 

Xeyirxah əməllərim barədəşantaj üstündə “məhkəmələrdə gecələyən”, məhkumluq həyatı yaşasada öz çirkin əməllərindən əl çəkməyən, insanların nifrətinə tuş gələn , dövlət başçısının siyasətinə zidd çıxan nadanlara hesabat təqdim etmək fikrim yoxdur !Qeyd etmək istəyirəm ki , Allah yolunda öz xeyriyyəçilik missiyamı davam etdirirəm və imkanım daxilində ömrümün sonuna qədər davam etdirəcəm !Xeyirxah əməllərim barədə Allahımdan savayı kiminsə qarşısında hesabat verməyə borclu deyiləm ! Gülağa Tənhanın borcu olan yeganə bir varlıq var, o da bizi və kainatı xəlq edən ALLAHDIR !!!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]