Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən "SFA Federasiyası Kuboku 2021" yarışı başa çatıb

Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən "SFA Federasiyası Kuboku 2021" yarışı başa çatıb

Sentyabrın 12-də Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən  “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başa çatıb.  3 gün davam edən turnirdə Azərbaycan Yelkənli İdman Federasiyasının, “Dənizçi”, “Xəzər Yaxt”, “Windsurfing Baku” klublarının 9-42 yaş arası yelkənçiləri və külək sörfçiləri iştirak edib. "Optimist” sinifi üzrə 9-15, "Ilca-4” sinifi üzrə 15-18, "Ilca-7” və "Open Windsurf”  sinifləri  üzrə isə 18 yaşdan yuxarı idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar. 35 idmançının iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.
 

Yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılması mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunub. Qeyd edək ki,  Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı artıq 5 ildir təşkil edilir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]