Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirilib - FOTO

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birgə Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirib.


Mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər və tələbələr iştirak edib.


Özbəkistanın Dövlət Müstəqilliyinə həsr olunmuş Mərkəzin foyesində kitab, foto, rəsm sərgisi təqdim edilmişdir.


Özbəkistanın və Azərbaycanın Dövlət himnləri səsləndikdən sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqillik günü münasibəti ilə salona toplaşanları təbrik edib, müstəqillik illərində Özbəkistanın qazandığı böyük uğurlardan danışıb.


S. Abbasov deyib ki, özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Özbək xalqının misilsiz musiqisi, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Özbək xalqı dünyaya İbn Sina, Biruni, Xoca Əhməd Yasəvi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Babur və bir çox böyük alim və filosof bəxş edib.


O, Azərbaycan-Özbəkistan dostluğu haqqında danışaraq Dövlət başçılarımızın qarşılıqlı səfərləri, əməkdaşlığın strateji partnyorluq səviyyəsində yüksəlməsi əldə olunan nailiyyətlər haqqında məruzə edib.


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov müstəqillik illərində elm və təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb, Cəmiyyətin xətti ilə keçirilən və keçiriləcək tədbirlər haqqında məlumat verib.


Professor Niqina Şermuxammedova və dosent Gülbahar Aşurova Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıblar.


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan-Özbəkistan Dostluğuna dair şeirlər səsləndiriblər.


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin Özbəkistan və Azərbaycandan olan aktiv üzvlərinə - Azərbaycanlı Nəvaişunas alimlər Ramiz Əsgər, Kərimulla Məmmədzadə, Əkbər Qoşalı Cəmiyyətinin fəxri diplomu, habelə  bir sıra fəalar isə fəxri fərmanla təltif olunmuşdular.


Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan, Özbəkistanın Xalq artisti Ramiz Usmanovun ifasında “Dostluq mədhi” klipinin təqdimatı olub. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]