Təkmilləşdirmə və xarici dil kurslarına nə dərəcədə maraq göstəririk?

Təkmilləşdirmə və xarici dil kurslarına nə dərəcədə maraq göstəririk?

Yeni tədris ili ərəfəsində vətəndaşların əlavə bilik və bacarıqlara yiyələnməyə nə dərəcədə maraq göstərdiklərini müəyyənləşdirmək üçün MTM (Media Təhlil Mərkəzi) tərəfindən təkmilləşdirmə və xarici dil kursları ilə bağlı 31 avqust – 5 sentyabr tarixlərində sorğu keçirilib.


Sorğuda iştirak edən 500 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.


İşdən və dərslərdən kənar hər hansı təkmilləşdirmə və ya dil kurslarına getməklə bağlı sualın nəticələri göstərir ki, respondentlərin 16%-i bacarıqlarını təkmilləşdirmək üçün əlavə kurslara, 13%-i xarici dil, 8%-i qeyd olunan hər iki kursa gedirlər. Sualı cavablandıranların 33%-i kursa getməsələr də, müstəqil şəkildə öyrəndiklərini, 30%-i isə ümumiyyətlə, heç bir kursa getmədiklərini bildiriblər.


Respondentlərin 12%-i onlayn formada qrup şəklində, 7%-i onlayn şəkildə fərdi qaydada, 19%-i ofis şəraitində qrup halında, 7%-i ofis şəraitinidə fərdi şəkildə təhsil alır. Ümumiyyətlə kursa getməyənlər isə iştirakçıların 55%-ni təşkil edib.


“Pandemiya şəraitində hansı tədris formasını dəstəkləyirsiniz” sualını cavablandıranların 45%-i tədrisin ənənəvi, 20%-i distant formada keçirilməli olduğunu bildiriblər. İştirakçıların 15%-i isə indiki şəraitdə əyani təhsillə bağlı qərarı dəstəkləmədiklərini qeyd ediblər. Respondentlərin digər 20%-i tədis zamanı növbəlilik prinsipi və və sosial məsafənin qorunması vacibliyini vurğulayıblar.


“Hansı xarici dil kursuna gedirsiniz?” sualının cavabları isə aşağıdakı kimi olub:


İngilis 52%;
Rus 24%;
Alman 8%;
Fransız 4%;
İspan 3%;
İtalyan 2%;
Digər 9%;
Xarici dil öyrənmirəm 31%.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]