Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki opera tamaşası keçiriləcəkdir - FOTO

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki opera tamaşası keçiriləcəkdir - FOTO

Sentyabrın 21-də Üz.Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunacaqdır. Tamaşada əsas partiyaları Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və b. iştirak edəcəklər. Opera tamaşasını Əməkdar incəsənət xadimi,Prezident mükafatçısı Sevil Hacıyeva idarə edəcəkdir.

 


Sentyabrın 24-də festival çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası baş tutacaqdır. Tamaşada baş rolu - Violetta partiyasını ifa etmək üçün tanınmış Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət olunmuşdur. Onun tərəf müqabili kimi Alfred partiyasını Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ifa edəcəkdir.


Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış edəcəklər.
 


Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin  laureatı Əyyub Quliyev idarə edəcəkdir.


Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın  koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]