"Gəncliyə Dəstək" İctimai Birliyi "Region könülləri hərəkatında yeni mərhələ" adlı layihəsini həyata keçirilib +FOTO

"Gəncliyə Dəstək" İctimai Birliyi "Region könülləri hərəkatında yeni mərhələ" adlı layihəsini həyata keçirilib +FOTO

Gənclər Fondunun dəstəyi ilə "Gəncliyə Dəstək" İctimai Birliyi "Region könülləri hərəkatında yeni mərhələ" adlı layihəsini həyata keçirməyə başlayıb 

 

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatında yeni mərhələ” layihəsinin icrasına başlamağı nəzərdə tutur. Layihənin icra müddəti 15.09.2021-ci il tarixdən başlanır və 3 ay davam edəcəkdir.

 

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

 

Bu məqsədlə 4-ü Zərdab, 1-i Ağcabədi və 1-i Ucar olmaqla təlimlərin və Zərdabda Praktiki Fəaliyyət olaraq tənha və ahıllarla görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Uğurla həyata keçirdiyimiz “Region könüllüləri hərəkatı” adlı layihəmizdə iştirak etmiş və sosial iş, Sosial Xidmətlər Agentliyi və sosial könüllülük istiqamətində müəyyən biliklər qazanmış gənclərlə bərabər bu layihəmizdə oflayn təlimlər və praktik fəaliyyət təşkil olunacaq. Keçən layihədə olduğu kimi bu layihədə də Sosial Xidmət Agentliyi ilə əməkdaşlıq qurulacaq və agentliyin əməkdaşları təlimlərə cəlb olunacaq. Bunun sayəsində sosialyönümlü könüllüyün təbliğində professionallıq yaradılacaq. Keçirilmiş təlimlər zamanı gənclər sosial könüllülüyün əhəmiyyətini anlayacaq, cəmiyyətə yararlı fərd olmaq üçün könüllülüyün inkişafında səfərbər olacaqlar. Eyni zamanda təlimlərin oflayn olması sayəsində psixoloji komplekslər aradan qalxacaq, özünəinam, ictimai fəallıq, özünüidarəetmə, ünsiyyət bacarıqları, könüllülüyə maraq formalaşacaq. Növbəti mərhələdə praktik fəaliyyətə, yəni tənha, ahıllarla görüşə cəlb olunan könüllülər öyrəndikləri bilik və bacarıqları tətbiq edəcəklər. Regiona hakim olduğumuz üçün praktik fəaliyyət sadəcə Zərdab rayonunda həyata keçiriləcək, fəaliyyət nəticəsində qazanılmış bilik və bacarıqlar digər gənclərlə bölüşüləcək və sosial şəbəkələrdə paylaşılacaq

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]