DİN-dən kirayə ev axtaranlara XƏBƏRDARLIQ

DİN-dən kirayə ev axtaranlara XƏBƏRDARLIQ

DİN-dən kirayə ev axtaranlara XƏBƏRDARLIQ

Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzilin dəyərindən çox aşağı qiymətə elan qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

 

Bildirilir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sosial şəbəkədə yaydığı məlumatda bildirilib.

 

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər: "Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]