Milli Paralimpiya Komitəsində Yay Paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib - FOTO
Bu xəbəri paylaş
14 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Yay Paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilmişdir.
Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov ilk növbədə Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında uğurlu nəticə göstərmiş idmançıların baş məşqçilərini Komitə rəhbərliyi adından təbrik və təşəkkür etmişdir. Bundan sonra da onların fəaliyyətindən yüksək nəticələr gözlənildiyini vurğulamışdır. K.Məmmədov Tokio 2020-də komandamızın uğurlu nəticələr əldə etməsinə baxmayaraq bildirmişdir ki, güllə atıcılığı, pauerliftinq, taekvondo, eləcə də lisenziya gözləntisi olan kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı və qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidirlər.
İclasda 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Eyni zamanda baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinə dair işlərin keçirilməsinin vacib olduğu bildirilmişdir. Həmçinin baş məşqçilərə tapşırılmışdır ki, 10 gün müddətində Paris 2024 Oyunlarına hazırlıq dövrü üçün fəaliyyət proqramı hazırlanıb Komitəyə təqdim edilsin.
İclasın nəticəsi olaraq Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova Paris 2024 XVII Yay Paralimpiya Oyunları ilə əlaqər hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilmişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



