SƏNƏTKARLIQ EVİNDƏ MİLLİ MUSİQİ GÜNÜ QEYD OLUNUB - (AZpress.AZ –Ağaddin Babayev +FOTO=4)

SƏNƏTKARLIQ EVİNDƏ MİLLİ MUSİQİ GÜNÜ QEYD OLUNUB - (AZpress.AZ –Ağaddin Babayev +FOTO=4)

SƏNƏTKARLIQ EVİNDƏ MİLLİ MUSİQİ GÜNÜ QEYD OLUNUB- (AZpress.AZ –Ağaddin Babayev +FOTO=4)

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran rayon Şağlaser kənd Sənətkarlıq Evində 18 sentyabr – Milli Musiqi günü münasibətilə tədbir keçirilib.
Musiqi ədəbiyyatı və qrammafon vallarından ibarət sərginin nümayişi ilə başlayan tədbirdə Sənətkarlıq evinin mədəni təşkilatçısı Əli Əkbərov iştirakçıları milli musqi günü münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə mütəmadi olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, o cümlədən milli musiqimizin daha geniş miqyasda təbliğinə xidmət edir. Hər il sentyabrın 18-də ölkəmizdə keçirilən Üzeyir Musiqi Günləri də artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif növ tədbirlər keçirilir.
Tədbir tanınmış musiqiçilərin və muğam ustalarının ifası ilə müşayət olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]