Nazir Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub - FOTO

Nazir Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub - FOTO

Sentyabrın 15-də gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.


Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən qeydiyyata alınmış ilk Azərbaycan Şahmat Akademiyasıdır. Burada nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin əldə etdiyi nailiyyətlərin sərgiləndiyi şahmat muzeyinə baxıb. Daha sonra nazir V.Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov  akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib. Akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.


Sonda nazir Fərid Qayıbov 17-24 sentyabr 2021-ci il tarixlərində Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına bu mötəbər turnirdə uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]