Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb

Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb

Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb 

 

Zəlilər şirinsu hövzələrinin daimi sakinləri olmaqla yanaşı, tibb, kosmetologiya və xalq təbabətində geniş istifadə olunan onurğasız heyvanlardandır. Qafqazın şirinsu hövzələrində 23 növ, Azərbaycanda isə 15 növ zəlinin yayıldığı məlumdur. Azərbaycanda ilk dəfə olaraq AMEA Zoologiya İnstitutu tərəfindən zəlilərin H.(Dina) stschegolewi, D. cf.farsa növləri qeydə alınıb.

 

Bununla bağlı institutdan məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan hirudofaunası üçün ən əhəmiyyətli növ Şərq tibb zəlisi (Hirudo orientalis) hesab olunur: “Azərbaycanda son illərə kimi hirudofauna ilə bağlı ətraflı tədqiqat işləri aparılmayıb. 2018-2020-ci illər ərzində Azərbaycanın 4 zonasında - Quba-Xaçmaz, Masallı-Lənkəran-Astara, Şəki-Zaqatala və Gəncə-Qazax bölgəsində 23 rayonu, 82 su hövzəsini əhatə edən tədqiqat işləri aparılıb və ölkəmizdə tibb zəlisi rast gəlinən ərazilər müəyyənləşdirilib. Tibb zəlisi əsasən cənub zonasında üstünlük təşkil edir”.


Qeyd olunub ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində və Mingəçevir elmi-təcrübə stansiyasında tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqat işi aparılıb. Baramalardan çıxmış bala fərdlər təbiətə buraxılıb. Müxtəlif populyasiyalarda Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirmək üçün AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqat işləri aparılmaqdadır.

 

“Apardığımız tədqiqat işinin əsas məqsədi Azərbaycan hirudofaunasını ətraflı öyrənmək, steril növlər əldə edərək hirudoterapiyada istifadə etmək və Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirməkdən ibarətdir”, - deyə institutdan bildirilib.

 

Bundan başqa, hirudoterapiya ilə bağlı tədqiqat işləri müqavilə əsasında özəl klinikalardan birində aparılıb və hazırda hirudoterapiyanın əhəmiyyəti ilə bağlı metodik tövsiyə hazırlanmaqdadır.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]