Azərbaycanda "Mu" ştammına yoluxma varmı?

Azərbaycanda "Mu" ştammına yoluxma varmı?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının "Mu" ştammına yoluxma faktı qeydə alınmayıb. "Mu" ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

ÜST rəsmisi bildirib ki, "Mu" ştammı əsasən Cənubi Amerikada geniş yayılıb:

 

"Yoluxma faktı ilə bağlı Azərbaycanın səhiyyə strukturlarında vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mu" ştammına yoluxma faktı qeydə alındıqda ictimaiyyətə məlumat veriləcək". 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]