Reket baş redaktor 6 il HƏBS!.. - O dəyişdimi?

Reket baş redaktor 6 il HƏBS!.. - O dəyişdimi?

Reket baş redaktor 6 il HƏBS!.. - O dəyişdimi?

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Cəfər Cəfərov, Sevinc Məmmədsalayeva, Fatmaxanım Aslanova və Bəsti Rəcəblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. Cəfərov və S. Məmmədsalayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

F. Qasımova və B. Rəcəbliyə isə 4 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

 

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən baş redaktor bu materialları KİV-də yayacağı hədəsi ilə 5000 manat tələb edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.

 

 

Mənbə:Femida.az http://femida.az/az/news/42344/Reket-ba%C5%9F-redaktora-6-il-h%C9%99bs---FOTO 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]