Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib (+FOTO=5, +VİDEO)

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib (+FOTO=5, +VİDEO)

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib (+FOTO=5, +VİDEO)

 

Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.

 

Üç gün davam edən birincilikdə 16 komandadan 78 idmançı mübarizə aparıb. Birinciliyin şərtlərinə əsasən yarışa cəlb edilən hərbi qulluqçular çətin dağlıq ərazidə 5 nəzarət məntəqəsi olmaqla 7300 metr məsafədə səmti müəyyən ediblər.

 

Hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən yarışın ümumi nəticələrinə əsasən komanda hesabında 1-ci və 2-ci yerləri xüsusi təyinatlı birləşmələr bölüşüb, 3-cü yerdə isə motoatıcı birləşmənin komandası qərarlaşıb. Fərdi hesabda 1-ci, 2-ci və 3-cü yerlərə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Mahir İbrahimov, əsgər Süleyman Xəlilov və kiçik çavuş Nəriman Abdullayev layiq görülüb.

 

İlk üçlükdə yer alan idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]