Mirələmovun XİN-də işləyən oğlunun adı QALMAQALDA

Mirələmovun XİN-də işləyən oğlunun adı QALMAQALDA

Mirələmovun XİN-də işləyən oğlunun adı  QALMAQALDA

 

Sabiq deputat Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov barədə polis orqanlarına şikayət edilib.

 

Rauf Mirələmovun “1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işləri aparması ilə bağlı mediada yayılmış məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təsdiq edib. Bildirilib ki, məsələ ilə əlaqədar ərazidə monitorinq aparılıb, akt tərtib olunub və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

 

Xatırladaq ki, daha əvvəl məlumatda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə araşdırma apardıqdan sonra qeyri-qanuni olduğu müəyyənləşən tikinti işləri ilə bağlı Rauf Mirələmova xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəfin buna məhəl qoymadığı qeyd edilib. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət edib.

 

Rauf Mirələmov Xarici İşlər Nazirliyində çalışır və adı ilk dəfə deyil ki, qalmaqalda hallanır. 2019-cu ilin iyununda Rauf Mirələmovun adı 119 min manatlıq borc məsələsində hallanmışdı. Məlum olmuşdu ki, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmov “Rabitəbank”dan götürülən 99 min manatlıq kreditin zamini olub. O zaman bankın qaldırdığı iddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı vardı. Yasamal Rayon Məhkəməsi bankın iddiası əsasında 119 min manatlıq tələbin 101 min manatını təmin edib.

 

Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməli idi. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verildi. Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb. Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib. Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsi ilə bağlı qərarından apelyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Sonradan məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.Musavat.com

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]