Ağcabədidə şəhid ailələri ziyarət edilir- (AZpressAZ -Mais İbrahimov +FOTO=11)

Ağcabədidə şəhid ailələri ziyarət edilir- (AZpressAZ -Mais İbrahimov +FOTO=11)

Ağcabədidə şəhid ailələri ziyarət edilir-  (AZpressAZ -Mais İbrahimov +FOTO=11)

 


Böyük Zəfərimizə aparan yol məhz ötən ilin sentyabrında başlandı. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Başlanan Vətən müharibəsi 30 illik həsrətimizi sona çatdırdı. İgid vətən oğulları bu yolda canlarını,sağlamlıqlarını qurban verdilər.

 

Artıq 2021-ci ilin sentyabr ayıdır. Bu ay Vətən müharibəsinin başlanmasının bir ili tamam olur.Bu münasibətlə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin ziyarətinə başlanılıb.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 16 -17 sentyabr 2021-ci il tarixlərdə rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları və II Qarabağ müharibəsi qazisi Elşad Heydərov ilə birgə Xocavənd kəndində şəhid Mirağa Əliyev, Avşar kəndində Azad Tapdıqov, Qaravəlli kəndində Xəzər Bayramov, Qiyaməddinli kəndində Məhəbbət Quliyev, Hüsülü kəndində Fəryad Xəlilovun evlərində olub, valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.

 

İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən söz açıb, ölkəmizin hər yerində olduğu kimi,Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğunu vurğulayıb.

 

Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət-və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Şəhid ailələrinə bu dəfəki ziyarət Anım Gününədək yekunlaşacaq.

 

Qeyd edək ki, 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]