RSXM rəhbərliyi "Neftqazelmitədqiqatlayihə" İnstitutunda görüş keçirib

RSXM rəhbərliyi "Neftqazelmitədqiqatlayihə" İnstitutunda görüş keçirib

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda institut rəhbərliyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndə heyəti arasında görüş keçirilib.


Görüşdə RSXM-i baş direktor, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəzin “Maqnitometriya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Seysmoloji və geofiziki materialların elmi araşdırılması” şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Əhmədov təmsil ediblər.


Görüşdə mərkəzlə institut arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.


RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə aparılan elmi tədqiqatlar, həyata keçirlən layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. Həmçinin  baş direktor yeni layihələr haqqında  da danışaraq “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə əməkdaşlığın bu istiqamətdə tərəflər üçün səmərəli olacağını qeyd edib.


Görüşdə tərəfləri maraqlandıran suallara da aydınlıq gətirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]