Ağcabədi rayon icra başçısı qalib idmançıları təbrik etdi - (AZpressAZ -Mais İbrahimov +FOTO=7)

Ağcabədi rayon icra başçısı qalib idmançıları təbrik etdi - (AZpressAZ -Mais İbrahimov +FOTO=7)

Ağcabədi rayon icra başçısı qalib idmançıları təbrik etdi - (AZpressAZ -Mais İbrahimov +FOTO=7)

 

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Taekvondo idman növü üzrə Avropa Birinciliyində uğurlu nəticə əldə etmiş taekvonduçuları qəbul etmişdir.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev, rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov iştirak ediblər.

 

Rayon rəhbəri mükafatçıları təbrik edərək, onlara uğurlar arzulayıb, hədiyyələr təqdim edib.
Qeyd edək ki, 25-27 avqust 2021 tarixlərdə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrəAvropa birinciliyində milli yığma komandanın tərkibində iştirak edən Çingiz Həsənov 36 kq çəki dərəcəsində I yerə, yeniyetmələr arasında çıxış edən Vasif Səlimov 45 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]